Sabah və Neftçi nin matçları təxirə salındı RƏSMİ

01.10.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

I turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" – "Neftçi" qarşılaşması baş tutmayacaq.

Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda "Mikonos"la qarşılaşmasıdır.

Bundan başqa, II turun "Gəncə" – "Sabah " oyunu da təxirə salınıb.

Qarşılaşmaların yeni keçirilmə tarixləri barədə əlavə məlumat veriləcək.

Azərbaycan Basketbol Liqasında yeni mövsümə start verilib Avropa Kuboku oyunları Gəncədə keçiriləcək “Neftçi” cavab matçına çıxır - YENİLƏNİR ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib Amerikalı basketbolçu “Sumqayıt”da
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью