Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
UEFA Çempionlar Liqasında III turun oyunlarından sonra komandaların statistik göstəriciləri yenilənib.
Futbolpress.az-ın məlumatına görə, bu mərhələdə “Borussiya”ya (Dortmund) uduzan “Sabah” qapıçıları ən çox seyv edən klublar arasındadır.
“Bayquşlar”ın qapıçısı Stas Pokatilov 3 oyunda 18 qurtarışla yadda qalıb. O, siyahıda ikinci sırada qərarlaşıb. Pokatilov bu matçlarda 6 qol buraxıb.
Bu göstəricidə birinci pillədə Slovakiyanın “Slovan” komandası yer alır. Bratislava təmsilçisinin qapıçıları 3 oyunda 20 qurtarış edib, 13 qol buraxıb.
“Sabah” ən çox qayda pozan komandalar arasında da “beşlik”dədir. “Futuristlər” turnirdə 36 dəfə faula səbəb olub. Azərbaycan təmsilçisinin futbolçuları 8 dəfə sarı vərəqə ilə cəzalanıb.
Bu göstəricidə birinci pillədə “Roma” qərarlaşıb. İtaliya klubu 44 dəfə qayda pozub, futbolçuları 5 dəfə “sarı” ilə cəzalanıb.
“Sabah” 3 turdan sonra 3 xalla 25-ci sıradadır.
Şahin Cəfərov