Sabah və Qarabağ I mərhələdə uduzsa...

17.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələnin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan klublarının da rəqibləri məlum olub.

Çempionlar Liqasında mübarizə aparacaq "Sabah" TNS səddini keçə bilməsə, Konfrans Liqasının II raundunda “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Avropa Liqasında yarışan "Qarabağ" isə "Vestri"yə məğlub olacağı halda Konfrans Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью