Sabah və Qarabağ ın cütünün məğlublarının Potensial rəqibləri

17.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Sabah" və "Qarabağ"ın cütünün məğlublarının - Potensial rəqibləri

Bu gün UEFA Konfrans Liqasında 2-ci mərhələnin püşkü atılacaq.

QOL.az-ın xəbərinə görə, püşk zamanı Çempionlar Liqasında yarışacaq "Sabah" (Azərbaycan) - TNS (Uels) cütünün məğlubu ilə Avropa Liqasında mübarizə aparacaq "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) cütünün məğlubunun da rəqibləri müəyyənləşəcək.

KL-də 2-ci mərhələdə "Sabah" - TNS cütünün məğlubunun 3 mümkün rəqibi:

“Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu
“Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu

“Vardar” (Şimali Makedoniya) – KUPS (Finlandiya) cütünün məğlubu

KL-də 2-ci mərhələdə "Qarabağ" - "Vestri" cütünün məğlubunun 5 mümkün rəqibi:

“Rapid” (Avstriya)
“Qradets Kralove” (Çexiya)
“Haybernian” (Şotlandiya)

həmçinin Konfrans Liqasının I təsnifat mərhələsinin aşağıdakı cütlüklərinin qalibləri:

"Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya)
"Petrovats" (Monteneqro) – "Jalgiris" (Vilnüs, Litva)

Xatırladaq ki, ÇL-ə birinci mərhələdən başlayan cütlüklərin məğlubu mübarizəni Avropa Liqasında deyil, KL-də davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü mərhələsinə düşür.

KL-də 2-ci mərhələnin püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью