Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Son çempion “Sabah” Misli Premyer Liqasında ardıcıl üçüncü oyunda xal itirib.
“Sabah”la heç-heçə edib, “Turan Tovuz”a uduzan “bayquşlar” dünən də “Şamaxı” səddini aşa bilməyib. Valdas Dambrauskasın yetirmələri bu mövsüm birinci dəfə qələbəsizlik seriyası yaxalayıb.
“Futuristlər” 10 oyundan sonra 21 xalla ikinci sırada qərarlaşıb. Ehtiyatda bir matçı olan “Sabah” lider “Neftçi”dən üç xal geri qalır.
Nəticələri ürəkaçan olmayan digər kollektiv isə “Qarabağ”dır. Qurban Qurbanovun başçılıq etdiyi komanda 4 oyundur qələbəyə həsrətdir. “Atlılar” bu görüşlərdə 3 heç-heçə edib, 1 dəfə uduzub. XI turda “Turan Tovuz”a minimal hesabla məğlub olan “Qarabağ” son üç matçda isə qol vura bilməyib. Komanda 19 xalla 4-cü sıradadır. Qurbanovun yetirmələrinin də ehtiyatda bir oyunu var.
I dövrəni “Neftçi” lider bitirdi. Son illərin ən yaxşı startını edən “ağ-qaralar” bu mövsüm “beşlik”dəki komandalardan yalnız “Zirə”yə uduzub. Yuri Vernidubun kollektivi “Sabah”, “Qarabağ”, “Turan Tovuz”la heç-heçəyə nail olub.
“Beşlik”dəki mübarizədə şəxsi oyunlarda ən yaxşı nəticə “Turan Tovuz”a məxsusdur. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv həm “Sabah”a, həm də “Qarabağ”a mövsümdə ilk məğlubiyyətlərini yaşadıb, lider “Neftçi” ilə isə heç-heçə edib. Son turlarda uğurlu nəticələrlə diqqət çəkən tovuzlular artıq çempionluq mübarizəsinə qoşulublar.
Şahin Cəfərov