“Sabah” və “Qarabağ”ın təsnifat rəqibləri

21.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

UEFA Çempionlar Liqasındakı təmsilçimiz Bakının “Sabah” komandası II təsnifat mərhələsində “KuPS” (Finlandiya) səddini keçsə növbəti raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. Əks təqdirdə, Masazır təmsilçisi Avropa Liqasında “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq.

Püşkatmanın nəticəsinə əsasən, UEFA Avropa Liqasındakı təmsilçimiz Ağdamın “Qarabağ” klubu isə II raundda Bolqarıstanın MOİK komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin görüşləri avqustun 6-sı və 13-də reallaşacaq.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью