“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11.01.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən “Sabah” və “Şamaxı” bu gün yoxlama oyununda üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək və oyun saat 16:00-da start götürəcək. Bu, hər iki komanda üçün cari qış hazırlıq mərhələsində ilk yoxlama matçı olacaq.

Qeyd edək ki, “Şamaxı” yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 Azərbaycan millisi ilə də qarşılaşacaq. “Sabah” klubunun isə hələlik digər yoxlama oyunları üçün rəqibi açıqlanmayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью