“Sabah” və “Sumqayıt” finalda

25.05.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

25 may tarixində 12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş günün ilk oyununda “Sabah” U-12 və NTD U-12 komandaları üz-üzə gəliblər. “Sabah” U-12 komandası rəqibinə 42:39 hesabı ilə qalib gələrək ilk finalçı olub. Günün ikinci oyununda gənclər şəhərinin təmsilçisi “Sumqayıt” U-12, “Naxçıvan” U-12 komandasına qarşı oyunda geridönüş edərək 50:49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb.

Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən “Sabah” U-12 və “Sumqayıt” U-12 komandaları final, “Naxçıvan” U-12 və NTD U-12 komandaları isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, U-12 basketbol liqasında final və 3-cü yer uğrundakı oyunlar 28 may tarixində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью