Icma.az, Sia Az saytına istinadən bildirir.
Futbol Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” öz meydanında “Kəpəz”I qəbul edib. SİA xəbər verir ki, Qərb derbisində Tovuz təmsilçisi 2-1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır. Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3-1), "Neftçi" evdə "Zirə"ni (1-0) məğlub edib. Tura sabah yekun vurulacaq.
"Sabah" Misli Premyer Liqasında növbəti qələbəsini əldə edib. Bakı təmsilçisi XIII turda "Araz-Naxçıvan"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2-0.
Mətləb