Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Sabah”ın U-19 komandası bu gün Gənclər Liqasında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gələcək. Görüşə saat 16:00-da start veriləcək.
“Sabah” bunadək keçirdiyi matçlarda “Mançester Yunayted”ə (0:5), “Slaviya”ya (0:3) və “Borussiya”ya (0:2) hesabıyla uduzub.
Azərbaycan təmsilçisi xalsızdır və 36 komanda arasında sonuncu yerdədir.