“Sabah” VIP biletlərin qiymətini açıqladı

25.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 4 ev oyunu üçün VIP paket biletləri satışa təqdim olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb. VIP paket sahibləri Bakı Olimpiya Stadionunda keçiriləcək “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə prinsipial qarşılaşmaları xüsusi VIP sektordan izləmək imkanı əldə edəcəklər.

Burada azarkeşlər üçün xüsusi qidalanma xidməti təşkil olunacaq, həmçinin qonaqların asudə vaxtını səmərəli keçirməsi üçün əyləncə proqramı və DJ ifasında canlı musiqi nəzərdə tutulub. Bu imkanlar tərəfdarlara Avropanın bir nömrəli klub turnirinin həyəcanını xüsusi kofortlu şəraitdə yaşamaq şansı verəcək.

Dörd qarşılaşmanın hamısına şamil edilən VIP paket biletinin qiyməti 1500 manat təşkil edir.

VIP sektordakı əyləncəli şou-proqramlar yalnız “Slaviya”, “Borussiya” və “Barselona” ilə keçiriləcək qarşılaşmaları əhatə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью