Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.
“Sabah” “Qəbələ”ni qəbul edəcək. Tərəflər cari mövsümdə 5-ci dəfə qarşılaşacaqlar.
Qeyd edək ki, "bayquşlar" 53 xalla lider, bölgə təmsilçisi isə 16 xalla 11-cidir.
19:15. “Sabah” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”