Sabah Xankəndidə tibbi aksiya keçiriləcək

26.11.2024

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası noyabrın 27-28-də Xankəndidə tibbi aksiya keçirəcək.

Adalet.az xəbər verir ki, məqsəd əhaliyə yerində xidmət göstərərək görmə patologiyalarının erkən mərhələlərdə dəqiq diaqnozunu qoymaq, bu patologiyaların müvafiq müalicə ilə həllinə dəstək vermək və göz sağlamlığını qorumaq üçün lazımi müayinə və müalicə tədbirlərini tətbiq etməkdir.

Məlumatda qeyd olunub ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait də yaradılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью