Sabah XII turda böyükhesablı qələbə qazandı

20.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının XII turunda qələbə qazanıb.

Modern.az-ın məlumatına görə, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma son ölkə çempionunun qələbəsi ilə yekunlaşıb - 5:1.

"Bayquşlar"ın heyətində Ksander Severina (22), İvan Lepinitsa (42), Timoteuş Puxaç (55), Aleksey İsayev (67), Xəyal Əliyev (75) fərqləniblər.

Meydan sahiblərindən Sedrik Dabalo 30-cu dəqiqədə təsəlli qolunu vura bilib.

Xallarının sayını 24-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Sumqayıt" 10 xalla doqquzuncudur.

Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 2:2.

Xatırladaq ki, Premyer Liqada XII tura noyabrın 22-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью