Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

12.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.

Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью