Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

12.12.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью