Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

12.12.2024

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью