Sabah yağıntılar tədricən kəsiləcək | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır. Azərbaycanda yanvarın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır.
Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə
Tam oxu
Xəbəri oxu