Sabah yağış yağacaq, dağlıq ərazilərdə qar gözlənilir XƏBƏRDARLIQ AZƏRTAC

29.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti dekabrın 30-31-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Dekabrın 30-31-də Azərbaycanın şərq rayonlarında (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью