Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Lamin Yamalın yoxluğu hiss olunacaq. O, çox istedadlı futbolçudur və təkbaşına böyük təhlükə yarada bilir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib:
“Elə matçlar olur ki, digər futbolçular onun qədər təhlükə yarada bilmirlər. Sabah onun yoxluğu hiss olunacaq. Amma komandamızda Yamalı əvəz edə biləcək çoxlu futbolçu var. Biz sabah qalib gəlməyə qadirik”.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.