Sabah yarımfinala çıxdı

27.02.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.

Modern.az xəbər verir ki, 1/4 finalın cavab oyununda "Sumqayıt"a 4:0 hesabı ilə qalib gələn "Sabah" adını növbəti mərhələyə yazdırıb.

Paytaxt təmsilçisinin qollarına 55-ci dəqiqədə Anatoli Nuriyev, 71-ci dəqiqədə Xəyal Əliyev, 82-ci dəqiqədə Coy-Lens Mikels, 90+3-cü dəqiqədə isə

Amin Seydiyev imza atıblar.

Komandalar arasında keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.

"Sabah"ın yarımfinaldakı rəqibi "Neftçi" - "Kəpəz" cütünün qalibi ilə olacaq.

Bu gün keçirilən ilk matçda "Qarabağ" "Səbail"i 3:1 hesabı ilə üstələyərək növbəti raunda vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu fevralın 28-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью