Sabah Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq

04.12.2024

Icma.az, Operativmedia saytına istinadən bildirir.

Təmir-bərpa işləri aparılan müddətdə Tbilisi prospektinin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan "Operativ Media"ya verilən məlumata görə, həmçinin 05.12.2024-cü il saat 10:00-dan etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью