“Sabah” yeni baş məşqçisini açıqladı

25.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah"da yeni baş məşqçi təyinatı gerçəkləşib. Sport24.az xəbər verir ki, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

Gənc mütəxəssis daha öncə Niderlandın "Vitess" (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), "Krasnodar" (2021-2022), həmçinin Çinin "Şanxay Şenxua" (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın "Torpedo-ZİL" və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью