Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sabah" basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 illikdir.
Bruinsman karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.
Qeyd edək ki, amerikalı basketbolçu Niderlandın "Donar" və Macarıstanın "Falko Sombathey" komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub. O, karyerası ərzində FIBA Avropa Kuboku və Çempionlar Liqası turnirlərində də mübarizə aparıb.