Sabah yeni qapıçı axtarışına çıxıb

14.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Hələ ki, heyətinə yeni futbolçu cəlb etməyən "Sabah" transfer çalışmalarını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "bayquşlar" yeni qapıçı axtarışına çıxıb.

Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski rəhbərlikdən yeni, daha səviyyəli "çərçivə qoruyucusu"nun transferini istəyib. Rusiyalı mütəxəssis hazırda heyətdə yer alan Yusif İmanov və Nicat Mehbalıyevin performansından narazıdı. Bu üzdən klub rəhbərliyi baş məşqçinin istəyi ilə legioner qapıçı axtarır.

Qeyd edək ki, Premyer Liqada qış "transfer pəncərəsi" 14 yanvar - 10 fevral tarixlərini əhatə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью