Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sabah” basketbol komandası heyətini yerli və təcrübəli oyunçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının üzvü Orxan Aydının transferini rəsmiləşdirib. 37 yaşlı basketbolçu ilə 1 mövsümlük müqavilə bağlandığı açıqlanıb.
203 sm boya malik ağır hücumçu karyerası ərzində zəngin təcrübə toplayıb. O, Türkiyə çempionatında “Qalatasaray”, “Darüşşafaka”, “Türk Telekom”, “Aliağa Petkim”, “Uşak Sportif”, “Qaziantep Basketbol”, “Yalovaspor”, “Acıbadem Universiteti”, “Bandırma Bordo” və “Mersin Spor” kimi klubların şərəfini qoruyub.