Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq

03.02.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

"Report"un Qərb bürosunun məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью