“Sabah”, yoxsa “Zirə”? Kubokda final günü

13.05.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Sabah”, yoxsa “Zirə”? - Kubokda final günü

Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək.

QOL.az-ın xəbərinə görə, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gələcək. Matçı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

“Sabah” kubokun son qalibidir, “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib. 

Azərbaycan kubokunun budəfəki final matçı Bakıda “Palms Sports Arena”da keçiriləcək.

13 may (çərşənbə)

20:00. “Sabah” - “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
“Palms Sports Arena”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью