Sabah Yunanıstanda da məğlub oldu

07.11.2024

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” basketbol klubu bu gün növbəti avrokubok matçına çıxıb.

Apasport.az xəbər verir ki, son ölkə çempionu FİBA Avropa kubokunun V turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.

Rimas Kurtinaytisin yetirmələri fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar önə keçməyi bacarıblar. Bununla da, "Sabah" növbəti matçında da uduzub.

Qeyd edək ki, G qrupunun digər oyununda “Spirou” “Nörçöppinq”i sınağa çəkəcək.

FİBA Avropa kuboku
G qrupu, V tur
6 noyabr
22:15. “Marussi” (Yunanıstan) - “Sabah” - 82:71 (12:15, 19:22, 31:16, 20:18)
Hakimlər: 
Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro)
Marussi Saint Tomas Sarayı

İsiah Pope: "Bu matç nəticə çıxarmaq üçün çox önəmli oldu" "Neftçi"də uğursuzluğun növbəti qurbanı: Baş məşqçi istefaya göndərildi "Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək Bu gün Azərbaycan Kubokunda qaliblər bəlli olacaq “Sumqayıt”ın baş məşqçisi: “Xarakter nümayiş etdirmək lazımdır”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью