“Sabah yuxudan oyanıb sərhədin açıldığını görə bilərik”

16.10.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Elektrik təchizatı şəbəkələrinin qarşılıqlı əlaqələndirilməsi ən asan həyata keçirilə bilən məsələdir və bu proses artıq gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin açılması barədə danışarkən deyib.

“Düşünürəm ki, birinci dərəcəli nəticələri yaxın gələcəkdə görə biləcəyik, çünki orada böyük tikinti işlərinə ehtiyac yoxdur. Həm böyük iş tələb edən, həm də asanlıqla həll edilə bilən məsələlər var”, - Mirzoyan bildirib.

O, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin xeyli dərəcədə irəlilədiyini qeyd edib: “Ermənistan-Türkiyə dialoqu o qədər intensivdir ki, artıq diplomatik dildə müxtəlif iqtisadi, ticarət məsələləri barəsində danışmaq mümkündür. Bu proses o qədər yetişib ki, biz artıq sabah yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью