“Sabah” “Zirə” matçında ikinci qol Yenilənir

05.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah” - “Zirə” matçında ikinci qol - Yenilənir

Misli Premyer Liqasında 4-cü tur davam edir. 

QOL.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçirilir.

Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edir. Hazırda Rəşad Sadıqovun komandası 9 xalla birinci, “Sabah” isə 6 xalla dördüncü yerdədir. Lakin Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib. 

Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkəcək. 3 turdan sonra “ağ-qaralar” 6 xalla ikinci, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

Misli Premyer Liqası

IV tur

5 sentyabr (şənbə)

18:30. “Sabah” - “Zirə” - 2:0 (Birinci hissə)

Qol: Velko Simiç, 7, Coy Lens Mikels, 13-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”

20:30. “Neftçi” - “Şəfa”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Fərid Hacıyev 
AVAR: Cəmil Quliyev
“Palms Sports Arena”

6 sentyabr (bazar)

18:00. “Turan Tovuz” - “Sumqayıt”

20:15. “Qarabağ” – “Araz-Naxçıvan”

4 sentyabr (cümə)

“Qəbələ” - “İmişli” - 2:1

“Kəpəz” - “Şamaxı” - 1:4

Bomdardirlər:

Breno Almeyda (“Neftçi”) - 4 qol

Aydın Eren (“Zirə”) - 2 qol

Dioqo Almeyda ("İmişli") - 2 qol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью