Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bazar ertəsi günü Kardiffdə “Şinn Fein” Pariyasının prezidenti Meri Lou Makdonald ilə görüşəcəklər.
Onların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı birgə bəyannamə imzalayacaqları gözlənilir.
“Cebheinfo.az” xəbər verir ki, sənəd Böyük Britaniyanın tərkib hissələrinin demokratik yolla müstəqillik əldə etmək hüququnu təsbit edə bilər ki, bu da Londonda hökumətə təzyiqi artıracaq.
Şotlandiyanın birinci nazirləri Con Svinni və Uels Run ap İorvert ilə Şimali İrlandiya rəhbərliyi arasında görüş Britaniya dövlətinin gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi fonunda keçiriləcək. İştirakçılar, həmçinin iqtisadiyyat, enerji, Avropa ilə münasibətlər və beynəlxalq sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər.
Sammit daha böyük muxtariyyət və müstəqillik tərəfdarlarının mövqeyini gücləndirən son seçkilərdən sonra xüsusi əhəmiyyət kəsb edir. Uelsdə leyboristlərin mövqeyi zəifləyib, bundan sonra “Plaid Cymru” Senatda ən böyük partiya olub və onun lideri Run ap İorvert hökumətə rəhbərlik edib. Şotlandiya Milli Partiyası (ŞMP) altı yer itirməsinə baxmayaraq, lider mövqeyini qoruyub saxlayıb. Şimali İrlandiyada isə “Şinn Fein” ən böyük millətçi qüvvə olaraq qalır.
Svinni bildirib ki, Şotlandiya, Uels və Şimali İrlandiyaya ilk dəfə olaraq müstəqillik və ya əhəmiyyətli konstitusiya dəyişikliyi tərəfdarı olan birinci nazirlər rəhbərlik edir. O bildirib ki, bu, mövcud Böyük Britaniya strukturuna artan təzyiqi göstərir.
Böyük Britaniya Baş naziri Endi Börnemin yeni Şotlandiya müstəqillik referendumunun mümkünlüyü ilə bağlı son açıqlamaları daha da gərginliyə səbəb olub. Baş nazir konsensus" olarsa, səsvermənin keçiriləcəyini irəli sürüb. Daha sonra o, Svinniyə göndərdiyi məktubda növbəti ümumi seçkilərdən əvvəl müstəqillik referendumunun "söhbət gedə bilməyəcəyini" bildirib.
Börnem, həmçinin qeyd edib ki, hazırda Şotlandiyada referendum lehinə konsensus yoxdur və Şimali İrlandiya sakinlərinin əksəriyyətinin Böyük Britaniyadan ayrılmaq istədiyinə inanmır. Bu arada, hakim Leyborist Partiyası 2024-cü il manifestində Şotlandiyanın müstəqilliyini və ya yeni referendumu dəstəkləmədiyini bildirib.
İrlandiya məsələsi də danışıqlarda əsas yer tutacaq. 1998-ci il Belfast Sazişinə əsasən, sakinlərin əksəriyyətinin İrlandiya ilə birləşməyi dəstəklədiyinə əminlik olsa, Şimali İrlandiyanın statusu ilə bağlı səsvermənin keçirilməsi mümkündür.
Görüş fonunda ABŞ Prezidenti Donald Trampın son çıxışları xüsusi diqqət çəkdi. O, Dublinə səfəri zamanı vahid İrlandiyanı görmək istədiyini bildirib və bunu "fantastik hadisə” adlandırıb.
Beləliklə, Zirvə görüşü iştirakçılarının əməkdaşlıq memorandumu imzalaması və Avropa ilə daha sıx əlaqələrin qurulmasının müzakirəsi gözlənilir.
Müstəqillik halında Şotlandiya və Uels AB üzvlüyünə müraciət etmək niyyətindədir və Şimali İrlandiya isə birləşərsə, İrlandiya ilə birlikdə İttifaqa qoşulacaq.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Zirvə görüşü Böyük Britaniya
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin