Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sabah” Çempionlar Liqasının II turunda Çexiyanın “Slaviya” komandasını məğlub edib – 2:0.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” bu qalibiyyətə görə UEFA-dan 2.1 milyon avro bonus alacaq.
Qurum Çempionlar Liqasında hər qələbəyə görə 2.1 milyon avro, heç-heçəyə isə 700 min avro bonus verir.
“Sabah” bunadək turnirdəki nəticələri və əsas mərhələyə vəsiqəyə görə isə 18.260 milyon avro gəliri təmin edib.
“Bayquşlar” III turda oktyabrın 20-də Bakıda “Borussiya” (Dortmund) ilə qarşılaşacaq.