Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 dekabr, AZƏRTAC Azərbaycanda dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu olacaq.
Nisbi rütubət 70-80 faiz olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı proqnozlaşdırılır.