“Sabah”a iki qol vuran futbolçu: “Hələ işimiz bitməyib”

06.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Danimarkanın “Orhus” klubunun futbolçusu Ceyms Boqere Çempionlar Liqasında “Sabah”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 2:1 hesabıyla bitən matçda dubl edən hücumçu bunları deyib:

“Özümə böyük inamım var. Gəncəm və hər andan zövq almalıyam. Lakin hələ işimiz bitməyib. Qarşıda bizi çətin cavab oyunu gözləyir.

Karyeramda ilk dəfə dubl etdim. Çox sevincliyəm. Yaşadıqlarım uzun müddət ağlımdan çıxmayacaq”.

“Sabah” ilə “Orhus” arasındakı ikinci matç avqustun 13-də Bakıda olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью