“Sabah”a iki qol vuran hücumçu: “Bunu təkbaşıma bacarmazdım”

21.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Borussiya”nın futbolçusu Seru Girassi Çempionlar Liqasında “Sabah”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən matçda dubl edən hücumçu bunları deyib:

“Oyuna çox yaxşı başladıq və həqiqətən, keyfiyyətli futbol nümayiş etdirdik. Daha sonra tempimiz aşağı düşdü. Stabil oynamalı, topu saxlamalı idik.

İki qol vurduum və sevincliyəm. Ancaq onu deyim ki, bunu təkbaşıma bacarmazdım. Bu templə davam etməliyik. Bəzən çətinliklər yaşayırıq, amma biz yüksək səviyyəli komandayıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью