“Sabah”a məğlubiyyət haqqında: “Bu, mənim günahımdır”

14.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Slaviya” (Praqa) klubunun futbolçusu Lukaş Provod Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Sabah”a məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az klubun rəsmi saytına istinadən xəbər verir ki, vinger 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Mənimlə bağlı qol epizodunu təkrar izlədim. Top geri qayıtdı və mən zərbə endirməyə çalışdım, amma qapıçı yaxşı seyv etdi. Sonra başla zərbə endirdim və top yenidən oyunçuya dəydi. Bu barədə nə deyəcəyimi bilmirəm, qol olmalı idi. Bu, mənim günahımdır. Standart zərbələrdən sonra qollarla nəticələnməli olan bir neçə şansım oldu. Hər şeyi təhlil etməliyik. İlk hissədə zəif oynadıq. Niyə bilmirəm, amma az qol epizodu yaratdıq. Üç xal qazanmaq üçün meydanda maksimumuzu verməli idik. Amma bu baş vermədi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью