Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Türkiyənin “Trabzonspor” basketbol klubunun baş məşqçisi Səlcuq Ernak vəzifəsindən azad edilib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərar “Trabzonspor”un FIBA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda “Sabah”a 72:91 hesabı ilə məğlub olmasından sonra verilib.
Türkiyə klubunun açıqlamasında bildirilib:
“Trabzonspor” basketbol komandamızın baş məşqçisi Səlcuq Ernakın vəzifəsinə son verilib. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, “Sabah” bu qələbə ilə A qrupunda ikinci qalibiyyətini qazanıb. “Trabzonspor” isə turnirdə ikinci məğlubiyyətini alıb.