“Sabah”a vurduğu qol Qabriel Jezusu Rivaldodan önə keçirdi

26.11.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Qabriel Jezus UEFA Çempionlar Liqasının tarixində ən çox qol vuran braziliyalı futbolçular arasında dördüncü pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, hücumçu turnirin liqa mərhələsinin beşinci turunda “Sabah”a qarşı keçirilən görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla da Jezus Çempionlar Liqasında 61 oyunda 28 qola imza ataraq braziliyalı Rivaldonu və uruqvaylı Luis Suaresi geridə qoyub. Hər iki futbolçu turnirdə 27 dəfə fərqlənib.

Çempionlar Liqası tarixinin ən məhsuldar braziliyalı futbolçuları:

1. Neymar - 43 qol

2. Vinisius Junior - 35 qol

3. Kaka - 30 qol

4. Qabriel Jezus - 28 qol

5. Rivaldo - 27 qol

Qeyd edək ki, Jezus cari mövsümdə ilk dəfə Çempionlar Liqası matçına start heyətində çıxıb. Braziliyalı futbolçu turnirin bu mövsümündə dörd oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Onun bütün turnirlər üzrə göstəricisi isə 11 oyunda beş qol və üç məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, “Barselona” Bakıda “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью