“Sabah”a yeni baş məşqçi təyin olundu Rəsmi

25.11.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Sabah” FK-da yeni baş məşqçi təyinatı gerçəkləşib. 

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. 

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020). 

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью