“Sabah”da baş məşqçi təyinatı olub

25.11.2024

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

“Sabah”da baş məşqçi təyinatı olub.

Mia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rusiyalı mütəxəssis Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью