futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah” fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
26 yaşlı futbolçu 2025-ci ildən “bayquşlar”da çıxış edirdi.
Zinəddin “Sabah” formasıyla 18 oyunda iştirak edib.