“Sabah”da plan dəyişdi

16.06.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, belə ki, komandamız iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.

“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Komandalar arasındakı ilk görüş iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью