Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah” heyətinə yeni hücumçu qatmaq istəyir.
Futbolpress.az-ın məlumatına görə, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas Avropa təcrübəsi olan forvardın komandaya cəlb olunması arzusundadır.
“Futuristlər” bir müddətdir bu istiqamətdə axtarışlarını davam etdirir. Namizədlərlə danışıq gedir və klub Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyununa qədər transferi tamamlamaq niyyətindədir.
“Sabah”da hazırda hücum xəttində Coy-Lens Mikels və Patrik Mbina var. Klub ötən mövsüm kapitanlardan olan Pavol Şafranko ilə vidalaşıb.
“Sabah” ÇL-də bu gün II təsnifat mərhələsinin cavab oyununda “KuPS”la səfərdə qarşılaşacaq. İlk matçda “bayquşlar” minimal hesablı qələbəyə sevinib.
Komanda III təsnifat mərhələsinə yüksələcəyi halda, “Levski” (Polşa) – “Orxus” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq.
Şahin Cəfərov