“Sabah”da təəccüb doğuran təyinat Berezutski ilki yaşayacaq

26.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Krunoslav Renduliçi istefaya göndərən “Sabah”ın sükanı rusiyalı mütəxəssis Vasili Berezutskiyə tapşırılıb. 42 yaşlı məşqçi ilə 2,5 illik müqavilə imzalanıb.

Premyer Liqada çətin dönəmlər keçirən “futuristlər”də təyinat təəccüb doğurdu. Bunun üçün bir neçə faktor var.

İlk növbədə Berezutski karyerasında birinci dəfə bir komandada baş məşqçi olacaq. O, daha əvvəl Niderlandda “Vitess”, ölkəsində ÇSKA, “Krasnodar”da köməkçi məşqçi funksiyasını daşıyıb. Vasilinin son ünvanı isə Çində “Şanxay Şenhua”da rusiyalı Leonid Slutskinin yanı olub. Məşqçi karyerasında ancaq köməkçi funksiyasında olan birinin “bayquşlar”ı çətin situasiyadan necə çıxaracağı maraq doğurur.

Premyer Liqada son 7 oyunda qələbə qazana bilməyən “Sabah” avrokubok zonasından geri qalmaqdadır. Vasili üçün Azərbaycan yeni ölkədir və uyğunlaşma üçün zaman tələb edəcək. Qış fasiləsinə 4 tur qalıb və gedişatın necə olacağı maraq doğurur. Ardıcıl xal itkiləri narazılıqları və məşqçi üzərində təzyiqi artıracaq.

Daha əvvəl ancaq rusiyalı həmkarlarının yanında işləyən Vasili təyinatı görünür, əvvəldən planlaşdırılmışdı. Yoxsa eyni gündə baş məşqçi dəyişikliyinin açıqlanması nadir hallarda görünən məsələdir. “Sabah” rəhbərliyinin öncədən mütəxəssislə anlaşdığı dəqiqdir. Lakin Vasilinin hansı meyarlar əsasında seçildiyi hələ əyan deyil.

Kamil Əhməd

Əsas xəbərlər, Manşet, Premyer liqa “Sabah” qələbəni unudub

25 Noyabr 2024, 21:09

Əsas xəbərlər, Ölkə futbolu Renduliçin “Sabah” karyerası – statistika

25 Noyabr 2024, 15:06

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: Tovuz və Sumqayıt zirvəyə şərik oldu

25 Noyabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda sülh, “Sumqayıt”dan qələbə

24 Noyabr 2024, 20:55

Əsas xəbərlər, Ölkə futbolu, Ümumi Krunoslav Renduliç: “Bu, özüm üçün də bir çağırışdır”

24 Noyabr 2024, 19:36

Əsas xəbərlər, Premyer liqa Tovuzda heyətlər məlum oldu

24 Noyabr 2024, 16:04

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью