Sportal.az saytına istinadən Icma.az xəbər verir. Ölkə futbolunda günün xəbəri "Sabah"dan gəldi.
Klub açıqlama yaydı ki, xorvat mütəxəssis Krunoslav Renduliçlə yollar ayrılıb.
Bununla da, Premyer Liqada 7-ci mövsümünü keçirən "Sabah" elita tarixində 7-ci məşqçisi ilə işbirliyinə son verdi.
Maraqlı fakt ondan ibarətdir ki, bu məşqçilərdən yalnız ikisi - Elşad Əhmədov və Murad Musayev tam bir mövsüm komandanı çalışdırıblar.
2018/19-cu il mövsümündə "Sabah"ın baş məşqçisi olan Elşad Əhmədov növbəti mövsüm 4 turdan sonra istefaya yollanıb.
Əhmədovu vakant postda İqor Ponomaryov əvəzləsə də, o da mövsümün gedişində yerini Jelko Şopiçə təhvil verib.
2020/21-ci il mövsümünə "Sabah" Visente Qomeslə start verib. Lakin sezonun sonlarında komanda Ramin Quliyevə tapşırılıb.
İspan mütəxəssisin yerinə keçən Quliyev ilk vaxtlarda ümid versə də, növbəti mövsüm 7 oyuna 1 xal toplamaqla ayrılığı qaçılmaz edib.