Icma.az, Apasport saytına istinadən bildirir.
“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.
Apasport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA-nın Pro lisenziyasına malik mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb.
43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, "Sabah" futbol akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda “Sabah”ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.
“Şamaxı” tarixə düşdü – 350-ci ev matçı Valdas Dambrauskas: “Meydançada bir adamın şousu var idi” Saşa İliç: “Sabah” bizdən qat-qat güclü idi” “Sabah”ın stadionunda işıqlar söndü, oyun dayandırıldı Masazırda bərabərlik - YENİLƏNİB