Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına – “Qarabağ”la ölkə kubokunun 1/4 final oyununa (1:7) qədər “Sabah”ı çalışdıran Murad Musayevin bu gün Rusiyanın futbol ictimaiyyətinin diqqət mərkəzində olması təbiidi.
Axı o, “Krasnodar”ı tarixində ilk dəfə ölkə çempionu edib. Murad Oleqoviç son müsahibəsində karyerasının “Sabah” dönəminə də toxunub: “Sabah
İkinci mövsümdə (2022/23 – red.) bizdə çox yaxşı komanda toplaşmışdı, hər şey alınırdı.
Həmin mövsümün ortalarında “Krasnodar” baş məşqçisini dəyişdi, Aleksandr Starojuk getdi.
Təsadüfən həmin günlərdə Krasnodardaydım, bundan xəbər tutan Vladimir Leonidoviç (“Krasnodar”ın baş direktoru Xaşiqi nəzərdə tutur – red.) görüşə çağırdı: “Sizin namizədliyinizi nəzərdən keçirə bilərikmi?” Məni seçib-seçməyəcəklərini bilmirəm, ancaq onda dedim ki, “Sabah”dan gedə, rəhbərliyin inamını itirə bilmərəm.
“Sabah” Azərbaycan çempionatında ikinci oldu, avrokuboklara vəsiqə qazandı.
Həmin mövsümün sonunda qəlbimin dərinliyində anladım ki, gec-tez evə qayıtmaq və həmin vaxta qədər bacarmadığımı etmək – Rusiya çempionu olmaq istəyirəm.