Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilir. 5-ci pillədə qərarlaşan “Sabah” 10-cu yerdəki “Kəpəz”i sınağa çəkib.
Bu komandalar arasında ilk dövrədək matçda “Sabah” 3:2 hesablı qələbə qazanıb. Lakin paytaxt klubu son turlar uğursuz çıxışla yadda qalır.
Belə ki, “Sabah” son 5 matçda qələbə üzünə həsrətdir. “Kəpəz” isə əksinə, son 4 görüşdə 2 qələbə qazanıb.
“Səbail” turu qələbəsiz başa vursa və Gəncə klubu bu gün səfərdə qalib gəlsə, Azər Bağırovun komandası son pillədən qurtula bilər.
Qeyd edək ki, günün ilk oyununda “Səbail” öz meydanında “Turan Tovuz”u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
9 noyabr 19:30. “Sabah” - “Kəpəz” - 2:1 (İkinci hissə) Qol: Orxan Əliyev, 4 (0:1), Orxan Əliyev, 31 (1:1) - avtoqol, Kahim Parris, 74 (2:1)
“Səbail” – “Turan Tovuz” - 1:1 Qollar: Rüfət Abdullazadə, 40 (1:0), Faiq Hacıyev, 87 (1:1) Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslü