“Sabah”dan 40 cı qol, 5 ci səfər qələbəsi

03.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Sabah” Azərbaycan kubokunda 40-cı qolunu vurub.

İdman.biz xəbər verir ki, yubiley topuna Pavol Şafranko imza atıb.

O, yarımfinalın “Neftçi” ilə ilk oyununda komandasının 2-ci qolunun müəllifi olub. Paytaxt təmsilçisi 40-ci topu 21-ci matçında vurub. Bunlardan 18-i evdə, 22-si səfərdə qeydə alınıb.

2:1 hesabı ilə qalib gələn “Sabah” 11-ci səfərində 5-ci qələbəsini də qazanıb.

Qeyd edək ki, Bakı klubu ilk kubok görüşünə 2017/18 mövsümündə çıxıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью